Amerikanın Tampa şəhərinin sakinləri 2024-cü il yanvarın ortalarından etibarən ritmik səslər eşitməyə başlayıblar. Onların fikrincə, bu səslər musiqi dinamiklərinə bənzəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, dəniz bioloqu Ceyms Lokaskiyo səs-küyün mənbəyinin tikinti işi və ya ziyafət deyil, barabançı balıqlar olduğunu irəli sürüb.
“Washingtonpost.com” xəbər verir ki, müəyyən şərtlər altında yer və ya yeraltı kommunikasiyalar vasitəsilə ötürülə bilən yüksək, ritmik səsləri cütləşmə zamanı “nağaraçı” balıqlar çıxarır.
Lokaskiyo bildirib ki, Tampa Körfəzindəki tünd xırdaçıların sayı xeyli artıb.