Baxmağa dəyər  - 2026-cı ilin iPhone ilə çəkilmiş ən yaxşı  şəkilləri
06 iyul 2026 09:37 (UTC +04:00)

Baxmağa dəyər - 2026-cı ilin iPhone ilə çəkilmiş ən yaxşı şəkilləri

0

Dünyanın ən nüfuzlu mobil fotoqrafiya müsabiqələrindən biri olan iPhone Photography Awardsın 2026-cı il qalibləri açıqlanıb. Müsabiqənin baş mükafatına Qvatemalada vulkan püskürməsini əks etdirən təsirli görüntü ilə Robin Jensen layiq görülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fotoqraf qalib kadrı Apple iPhone 15 Pro ilə çəkib.

Şəkildə Yepocapa bölgəsində yerləşən vulkanın püskürməsi, ulduzlu gecə səması və alovlu lava axınları eyni kadrda əks olunub. Foto əsas kamera ilə 24 mm ekvivalent fokus məsafəsi, f/1.8 diafraqma, 1 saniyə ekspozisiya və ISO 12500 parametrləri ilə çəkilib.

Müsabiqədə ikinci yeri Gellert Qombay tutub. Maraqlısı budur ki, o, qalib fotosunu köhnə model olan Apple iPhone X ilə çəkib. Foto 28 mm ekvivalent fokus məsafəsi, f/1.8 diafraqma, 1/1500 saniyə ekspozisiya və ISO 20 göstəricisi ilə əldə olunub.

Üçüncü yerə Arnold Plotnik layiq görülüb. O, işini Apple iPhone 16 Pro ilə çəkib.

Dördüncü mükafatçı isə atmosferik görüntüsünə görə Ketrin Vanq olub. Onun fotosu Apple iPhone 16 Pro Max ilə lentə alınıb.

iPhone Photography Awards 2007-ci ildən keçirilir və mobil fotoqrafiya sahəsində ən qədim və nüfuzlu müsabiqələrdən biri hesab olunur. Qaydalara əsasən, müsabiqəyə təqdim edilən bütün şəkillər yalnız Apple smartfonları ilə çəkilməli, peşəkar fotoaparatlardan istifadə edilməməlidir.

Hər il 140-dan çox ölkədən fotoqrafların qatıldığı müsabiqədə portret, təbiət, memarlıq, küçə fotoqrafiyası, abstrakt və digər janrlarda çəkilmiş mobil fotolar qiymətləndirilir. Təşkilatçılar bildirirlər ki, müsabiqənin əsas məqsədi bahalı texnikadan çox, fotoqrafın baxış bucağının, yaradıcılığının və doğru anı görə bilməsinin həlledici rol oynadığını göstərməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar