Bukmeker   kontorunu açdı
28 iyun 2023 13:06 (UTC +04:00)

Bukmeker kontorunu açdı

0

Dünya futbol tarixinin ən məşhur oyunçularından biri - braziliyalı Ronaldinyo, nəhayət ki, təqaüddə olan  idmançı kimi nə edəcəyinə qərar verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Barselona"nın keçmiş oyunçusu və "Qızıl top"un qalibi öz bukmeker kontorunu açdığını açıqlayıb.

Qeyd edək ki, Ronaldinyonun idman karyerası zamanı "sehrbaz" ləqəbi olub və o, şirkətini belə adlandırmağa qərar verib. Bundan əlavə, keçmiş futbolçu adına sevimli onluğunu da əlavə edib, braziliyalı futbolçu kimi məhz bu nömrə altında çıxış edib.

"Sizin üçün Sehrbazın evini açmağın vaxtıdır (Bruxo portuqalca sehrbazdır və sayt Bruxo10Bet adlanır), gəlin bizimlə əylənin", - Ronaldinyo yazıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2265

Oxşar yazılar