Çində tələbələrin "aşiq olması" üçün  TƏTİL VERİLDİ
31 mart 2023 16:37 (UTC +04:00)

Çində tələbələrin "aşiq olması" üçün TƏTİL VERİLDİ

Çindəki universitetlər tələbələrinə "aşiq olmaq" üçün tətil verirlər.

Lent.az xarici KİV-ə istanədən xəbər verir ki, evlilik və doğum nisbətlərinin aşağı düşdüyü Çində bəzi universitetlər tələbələrinə "aşiq olmaq" üçün bir həftəlik yaz tətili verib.

"Fan Mei Education Group"a bağlı 9 peşə kolleci 1-7 aprel tarixlərində tələbələrin "təbiətlə birlikdə həyatı sevməyi və sevgidən həzz almağı öyrənmələrini" istədiklərini bildirib.

Rəsmilər “Şəhərcikdən çıxın, təbiətlə təmasda olun və yazın gözəlliyini bütün qəlbinizlə hiss edin” deyib. Siçuan Cənub-Qərb Aviasiya Peşə Kollecinin rəsmisi Liu Ping, yaz tətilinin tələbələrin "kampusdan kənarda nəsə öyrənmək, yeni dostlar qazanmaq və sevginin gözəlliyini yaşamaq" tələbindən sonra həyata keçirildiyini söyləyib.

Məlumata görə, bu məktəblər əslində 2019-cu ildə yaz tətilinə başlayıb. Bu il tələbələrə yaz tətili əvəzinə sevməyə icazə verilib. Bayramın mövzusu "çiçəklərdən həzz alın, aşiq olun" idi. Rəsmi məlumatlara görə, 2021-ci ildə evlənənlərin sayı əvvəlki ildə 500 min azalaraq 7,64 milyon olub. Çində doğum nisbəti 2022-ci ildə mində 6,77-yə düşüb, bu, milli qeydlərin saxlanmağa başlamasından bəri ən aşağı səviyyədir.

Bu vəziyyətdən sonra Çinin bir çox bölgəsində subayların evlənməsi üçün işlərə başlanılıb. Məsələn, uyğunlaşma tətbiqi Jiangxi əyalətinin Guixi şəhərində istifadəyə verilib.

# 1392
avatar

Fidan İlqar

Oxşar yazılar