"Coca-Cola"ya görün nələr qatılır?  - Həqiqət ortaya çıxdı
04 fevral 2026 20:15 (UTC +04:00)

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

0

Qazlı içkilərin, xüsusilə də kolanın sağlamlıq üçün faydalı olmadığı barədə fikirlər geniş yayılıb. Etiketdə göstərilən tərkib isə çox vaxt istehlakçılar üçün anlaşılmaz qalır. Elə buna görə də bir çox insan əsl Coca-Colanın nədən hazırlandığını və onu ev şəraitində hazırlamağın mümkün olub-olmadığı ilə maraqlanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əfsanəvi içkinin tarixi 1886-cı ildə ABŞ-ın Atlanta şəhərində başlayıb.

Aptekçi, Vətəndaş müharibəsinin veteranı Con Pemberton morfinə alternativ axtararkən bitki ekstraktları və şərab əsasında tonik şərbət hazırlayıb. Ştatda “quru qanun” tətbiq edildikdən sonra şərab şəkər şərbəti ilə əvəz olunub və bu gün dünyada ən populyar qazlı içki kimi tanınan məhsulun ilk forması ortaya çıxıb.

Həmin dövrdə içki apteklərdə sinir pozuntuları və baş ağrıları üçün müalicəvi vasitə kimi satılırdı. Daha sonra hüquqları sahibkar Eysa Kendler tərəfindən alınaraq, sonradan bütün dünyaya tanınan şirkətin əsası qoyuldu.

Bu gün bir çoxları koka-kolanın hansı bitkilərdən hazırlandığını bilir. İlkin tərkibdə koka yarpaqları və kola qozu yer alırdı. Zamanla formula dəyişsə də, əsas komponentlərdən biri olan koka yarpağı ekstraktı bu gün də istifadə olunur, lakin artıq alkaloidlərdən tam təmizlənmiş formada. Buna baxmayaraq, içkinin spesifik aptekvari və eyni zamanda təravətləndirici dadını verən əsas məqam uzun illər sirr olaraq qalırdı.

Kimyaçı bloqer bu sirri açmaq üçün bir il ərzində çoxsaylı laboratoriya testləri, o cümlədən kütlə-spektrometriya analizləri aparıb. O, əldə etdiyi nəticələri LabCoatz adlı YouTube kanalında yayımlayıb.

Araşdırma zamanı məlum olub ki, təbii aromatizatorlar adı altında gizlədilən əsas komponent “7X” adlı xüsusi qarışıqdı. Bu qarışıq müxtəlif efir yağlarındanlimon və laym, portağal və darçın, muskat qozu və keşnişəlavə olaraq fenxel və çay ağacı yağından ibarətdir.

Bloqer bildirib ki, ev şəraitində bu içkini hazırlamaq mümkündür, lakin proses sadə deyil. Təkcə inqrediyentlər yox, həm də turşuluq səviyyəsi mühüm rol oynayır. Məhz ortofosfor turşusu içkiyə dildə hiss olunan kəskinliyi verir. Tərkibə həmçinin kofein, vanil və az miqdarda sirkə də daxildir ki, bu da şirinliyi balanslaşdırır və orijinal dad profilini imitasiya edir.

Aparılan kor testlər göstərib ki, laboratoriyada hazırlanan içki dad baxımından zavod istehsalı olan kola ilə demək olar ki, eynidir.

Uzun illərdir ən çox müzakirə olunan mövzulardan biri də koka-kolanın tərkibində həşəratlardan əldə edilən boyanın olub-olmamasıdır. Xüsusilə E120 (karmin) adlı boyanın qurudulmuş koşenil böcəklərindən hazırlandığı iddia edilirdi.

Lakin bloqerin apardığı kimyəvi analiz bu şayiələri təkzib edib. İçkinin tünd rəngi yalnız karamel boyası, yəni şəkər hesabına əldə olunur və tərkibdə heyvan mənşəli heç bir maddə yoxdur.

Beləliklə, onilliklərdir dolaşan şayiələr elmi araşdırmalarla təkzib edilib və dünyanın ən məşhur içkilərindən birinin sirri bir qədər də aydınlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar