Dostunun itini  bir şüşə pivəyə   satdı
15 sentyabr 2023 18:38 (UTC +04:00)

Dostunun itini bir şüşə pivəyə satdı

0

Nijni Novqorodda qatar vağzalında bir kişi dostunun 12 yaşlı itini bir şüşə pivəyə satıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bir neçə gündür evdən kənarda olan dostu kişidən itinə baxmağı xahiş edib. Kişi qonşusunun itini qatarda özü ilə aparıb - orada o, həmkarı ilə spirtli içki içib və dostunun heyvanını pivə ilə dəyişməyə razılaşıb.

12 yaşlı itin yeni sahibi onu evə gətirəndə arvadı ev heyvanının əsl sahibi ilə əlaqə saxlayıb və o, internetdə eyni itin itməsi ilə bağlı elan yerləşdirib. İt sahibinə qaytarılıb, o, sonradan polisə şikayət edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2210

Oxşar yazılar