Dünya tarixində DƏHŞƏT:  Məhbusların DƏRİSİNİ SOYUB ayaqqabı TİKDİLƏR
19 yanvar 2023 00:05 (UTC +04:00)

Dünya tarixində DƏHŞƏT: Məhbusların DƏRİSİNİ SOYUB ayaqqabı TİKDİLƏR

ABŞ-da edam anını gözləyən bir qrup məhbus bu tarixi irəli aparmaq üçün əllərindən gələni etməyə hazır idilər. Nəticədə tarixdə çox maraqlı bir hadisəyə imza atıblar. 

Lent.az xarici KİV-ə istinadən ABŞ-ın edam cəzasına məhkum edilmiş beysbol komandasının tarixini təqdim edir.

Bu günlərdə dünyada belə bir şey görmək demək olar ki, mümkün olmasa da, 1900-cü illərin əvvəllərində qətl və zorlama kimi ağır cinayətlərdə iştirak edən bir qrup cinayətkar azad insanlara qarşı “beysbol” oynamağa qərar verir.

3 təcavüzçü, 3 qatil, 5 oğru...

1911-ci il iyulun 18-də ilk qarşılaşmalarını edən kriminal qrup “Wyoming State Penitentiary All Stars” adı altında döyüşüb. Komandada 3 təcavüzçü, 5 oğru, 3 qatil və bir usta saxtakar olub.

Qanunla həbsxana sahiblərinin məhbuslardan istifadə etmək qəti qadağan idi. Bu səbəbdən həbsxanada çalışanlar komandanın uğuruna böyük mərclər qoyurlar. Bu o demək idi ki, çox ağır cəza çəkən məhbuslar üçün risk kifayət qədər yüksək idi. Onlara qələbənin cəzalarını yüngülləşdirəcəyi, məğlubiyyətin isə hətta ölüm cəzasına da səbəb ola biləcəyi deyilmişdi.

Bu, tam olaraq müasir ədalət olmasa da, o vaxt belə hadisələrə rast gəlmək çox asan idi. Kris Enss və Hovard Kazanjian yazdıqları kitabda dünya tarixində baş verən bu maraqlı hadisəni təsvir edərkən bir çox detallara diqqət çəkiblər.

Əgər oğurluq, zorlama və ya qətl törədən şəxs cinayət başında tutulsaydı, onlar, sadəcə asılmayacaqdılar. Çox vaxt onların dərisi soyulurdu. Bu  cinayətkarların dərilərindən xatirə olaraq müxtəlif əşyalar hazırlanır, suvenir kimi satılırdı. Bundan başqa, cinayətə meyilli insanlara bu addım xəbərdarlıq kimi də istifadə edilirdi.

8 ilə 250 min dollar qazandı...

1901-ci ildə açılan Vayominq Ştat Penitensiarında Corc Parrott kimi tanınmış cinayətkarlar saxlanılmağa başladı. Cəmiyyətdə hörmətli mövqeyə malik olan Otto Qramm həbsxananın rəisi təyin edilir. Məhkumlar indi artıq Qramma tabe idilər. Həbsxanada vəzifə yerinə yetirməzdən əvvəl hörmətli iş adamı və milyonçu kimi tanınan Qrammın komandanlığı altında olan məhbuslar gözlənildiyi kimi çətin şərtlərə məruz qalırlar.

Dövlət məhbuslara qulluq etmək və onlara nəzarət etmək üçün həbsxanada süpürgə fabriki quran Qramma pul ödəmişi, iş adamı isə məhbuslara süpürgələrini hazırlamağı tapşırmışdı. İddiaya görə, Qramm 19031911-ci illər arasında məhbusların hazırladığı süpürgələrin satışından təxminən 250 min dollar qazanıb.

Digər tərəfdən, məşhur “beysbol” komandası 1912-ci ildə ulduz oyunçusu Cozef Senqin edam edilməsi nəticəsində ağır yaralanıb.

Ölüm cəzasına məhkum edilən məhbusların “beysbol” komandası haqqında yazılan məqalədə bu ifadələr yer alıb:

“Bu, beysbolun qızıl dövrü idi və ölkənin hər yerindən gələn komandalar yerli şöhrət uğrunda yarışmaq üçün şəhər kortlarında azarkeş izdihamı qarşısında toplaşırdılar. Vayominqdə ictimaiyyət Cozef Senq və Vyoming “Prison Death Row All Stars” beysbol oyunlarını izləmək üçün bilet növbəsinə düzülüb. Nevada, Oreqon, Kaliforniya kimi müxtəlif ştatlardan olan komandalar məhbusların komandasını məğlub etməyə çalışırdılar.

Senq edam edildikdən sonra əvvəlki şöhrətini heç vaxt qaytara bilməyən komanda üzvləri bir-bir cəzalandırılaraq tarixdə öz izlərini qoyublar.

Digər diqqətçəkən hadisədə Enss və Kazanjian edam edilən məhbusun dərisindən bir cüt ayaqqabı düzəltdiyinə diqqət çəkərək, bu bədbəxt məhbusun Corc Parrott olduğunu bildiriblər”.
 

# 7533
avatar

Fidan İlqar

Oxşar yazılar

2 yaşında oxumaq öyrəndi, 4 yaşında 6 dildə sayır

2 yaşında oxumaq öyrəndi, 4 yaşında 6 dildə sayır

27 yanvar 2023 , 06:27
Bu da tarixdəki ən böyük dinozavr - 15 METR

Bu da tarixdəki ən böyük dinozavr - 15 METR

27 yanvar 2023 , 05:25
Səni  qoz qabığında   gizlədim: Belə də olur -FOTOLENT

Səni qoz qabığında gizlədim: Belə də olur -FOTOLENT

26 yanvar 2023 , 19:08
Hər gün saç yuyanlara XƏBƏRDARLIQ

Hər gün saç yuyanlara XƏBƏRDARLIQ

26 yanvar 2023 , 17:36
Əkiz bacılar  eyni kişidən eyni vaxtda  hamilə qalmaq istəyir

Əkiz bacılar eyni kişidən eyni vaxtda hamilə qalmaq istəyir

26 yanvar 2023 , 14:55
90 manatlıq saqqız  çeynəyən ifaçı: “Çox əsəbiyik”

90 manatlıq saqqız çeynəyən ifaçı: “Çox əsəbiyik”

26 yanvar 2023 , 11:15
Təyyarənin  hər iki pilotu ölsə...   Sərnişinlər nə etməlidir?

Təyyarənin hər iki pilotu ölsə... Sərnişinlər nə etməlidir?

26 yanvar 2023 , 03:19
Bu filmlər yatmağınıza  KÖMƏK EDƏCƏK

Bu filmlər yatmağınıza KÖMƏK EDƏCƏK

25 yanvar 2023 , 19:20