Bütün ölkələrdə hava limanları çox komfortlu, böyük və səliqəli deyil.
Lent.az bu gün dünyanın ən qeyri-adi hava limanları barədə məlumat verir.
Karib dənizindəki 88 kvadrat metr ərazisi olan Sen Marten adasında yerləşən Şahzada Yuliana Beynəlxalq hava limanlnda təyyarələr çimərlikdəki insanların az qala başına toxunaraq eniş-uçuş edirlər.
_1720175951.jpg)
Yaponiyada yerləşən Kansay beynəlxalq hava limanı 1987-ci ildə sahildən 5 kilometr məsafədə dənizdə yaradılmış süni ada üzərində salınıb. Qlobal istiləşməyə görə hava limanının 50 il sonra tamamilə su altında qalacağı deyilir.
_1720176040.jpg)
Barneo buz düşərgəsi adlanan bu hava limanı isə Antarktidada yerləşir, ildə cəmi 4 həftə fəaliyyət göstərir.Yük təyyarələri üçün nəzərdə tutulub.
_1720176124.jpg)
Cəbəllütariq hava limanına eniş və uçuş edən təyyarələr avtomobillərin magistral yolundan istifadə edirlər. Şəhərin içi ilə gedən təyyarələr tez-tez magistral yolu bağlayır.
_1720176208.jpg)