Ukrayna ərazisinə helikopterlə keçib təslim olan rus pilot Maksim Kuzminov Rusiya ordusundakı maraqlı hadisələrdən danışıb.
Lent.az xəbər verir ki, pilot korpus komandirinin pişiyinin daşınması faktını ictimailəşdirib.
O bildirib ki, generalın pişiyini Rostovdan Krasnodara aparmaq üçün 1 ədəd Mi-8, 1 ədəd Mi-24 helikopteri ayrılıb. Bir maşın pişiyi daşıyıb, digəri isə onu müşayiət edib. Bir pişiyə görə boş yerə texnika və yanacaq sərf edilib.