Həmkarları ilə  içki içənlər   çox qazanmırlar - ARAŞDIRMA
02 may 2023 02:00 (UTC +04:00)

Həmkarları ilə içki içənlər çox qazanmırlar - ARAŞDIRMA

İşdən sonra həmkarları ilə spirtli içki içmək vərdişi tez-tez iş münasibətlərini gücləndirmək üçün yaxşı bir yol hesab olunur. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ancaq araşdırma göstərib ki, bu cür davranış maddi vəziyyəti yaxşılaşdırmır.

"Biz spirtli içkilərə qarşı dözümlülüyü yüksək olan insanların daha çox qazanıb-qazanmadığını öyrənmək istədik, lakin əmək bazarının nəticələrini yaxşılaşdırmaq üçün onu içməyə əsas tapa bilmədik", - alimlər deyib.

Tədqiqatçılar 25-59 yaş arası 3500 işçi ilə müsahibə apararaq onlara sağlamlıq, vərdişlər, maliyyə və iş haqqında 45 sual veriblər. Respondentlər həmçinin alkoqol tolerantlığını özləri qiymətləndiriblər.

İndi alimlər eksperimenti daha böyük verilənlər bazası ilə və başqaları ilə əməkdaşlıqda təkrarlamaq istəyirlər.
 

# 1437
avatar

Oxşar yazılar