Əgər iynə batırılmış heyvan özünü iynə vurulmuş insan kimi aparırsa, ehtimal ki, o da eyni hisləri keçirir. Əlbəttə ki, bu hiss butün həşəratlara aid deyil.
Lent.az xəbər verir ki, drozofil milçəkləri digərlərindən fərqlənir. Onlarda insanın ağrı reseptorlarına oxşar olan neyronlar aşkar edilmişdir və ağrını hiss edirlər.
Bununla belə, ümumilikdə götürüldükdə həşəratların fiziki əzab çəkdiyi nə sübut, nə də təkzib edilmişdir. Onların ağrı qavrayışı insanlardakından əhəmiyyətli dərəcədə fərqlidir. Çünki bir çoxu ciddi xəsarətlər alsalar da (məsələn, bir və ya iki ayağını itirərək) özlərini heç nə olmamış kimi aparırlar. Çəyirtkələrin isə ayağından tutduqda özləri onu ayırırlar.