“Meta” şirkətinin sahibi Mark Zukerberq İlon Maskla rinqdə döyüşməyə hazır olduğunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Zukerberq “Instagram” hesabında hekayəsində çağırışı qəbul etdiyini elan edib.
Zukerberq və Mask arasında qarşıdurma “Meta”nın “Project 92” kod adlı rəqib “Twitter” proqramının işlənib hazırlanmasını elan etməsindən sonra başlayıb.
“Tərtibatçılar və ictimai xadimlər ağıllı şəkildə idarə olunan proqramdan istifadə etməkdə maraqlıdırlar. Onlar məlumatı yaymaq üçün etibar edə biləcəkləri bir proqram istəyirlər”,- Meta Korporasiyasının baş məhsul direktoru Chris Cox bildirib.
“Project 92”də iş elan edildikdən sonra “Twitter” sahibi Zukerberqi hər cür təhqir etməyə başlayıb. “Twitter”dəki paylaşımlarının birində Mask “Meta” şirkətinin sahibi Zukerberq ilə rinqdə döyüşmək arzusundan yazıb. Ciu-citsu ilə məşğul olan Zukerberq də öz növbəsində iş adamı ilə döyüşməyə hazır olduğunu açıqlayıb. Mark Maskın təklifinə "Məkanı de", - belə cavab verib.
“Twitter” sahibinin sözlərinə görə, o, gənc yaşlarında şiddətli küçə döyüşlərində iştirak edib və döyüşməyə hazırdır.
“Morj adlandırdığım gözəl bir hərəkətim var. Mən sadəcə rəqibimin üstünə uzanıb heç nə etmirəm”, – “Mask Twitter”də istehza ilə yazıb.
Zukerberq dəfələrlə idmanın onun həyatının bir parçası olduğunu etiraf edib. COVID-19 pandemiyası zamanı o, Braziliya ciu-citsu ilə tanış olub və 2023-cü ilin may ayında öz adı ilə ilk dəfə həvəskar çempionat rinqinə çıxıb və dərhal iki medal - qızıl və gümüş qazanıb.