İlon Mask qızının adını dəyişdirib “Niyə” qoydu 
28 mart 2023 16:17 (UTC +04:00)

İlon Mask qızının adını dəyişdirib “Niyə” qoydu 

Dünyanın ən varlı adamı olan İlon Mask və keçmiş sevgilisi müğənni Qrayms keçən il doğulan qızlarının adını dəyişdirib. 

Lent.az xəbər verir ki, bu barədə Mask “Twitter”də şəxsi hesabında açıqlama verib. 

O, bildirib ki, qızının adını “Why”(Niyə) olaraq dəyişdiriblər və onu qısaca “Y” deyə çağırırlar. Mask qızının adının “maraq, sonsuz sual” mənasını verdiyini deyib. O qızına  daha əvvəl “Exa Dark Siderael Musk” adını qoymuşdu. 

Qrayms qızının əvvəlki adını kompüter termini olan “exaFLOPS”a istinad edərək qoyduqlarını açıqlamışdı. 

Qeyd edək ki, cütlüyün iki yaşlı oğlu da var. Ona isə əvvəl “X Æ A-12” adını vermişdilər. Amma Kaliforniya qanunları adda rəqəmlərə icazə vermədiyi üçün onu "X Æ A-Xii" olaraq dəyişdirmişdilər. 
 

# 4245
avatar

Sevinc Fərid

Oxşar yazılar