İlon Maskı manyaklar izləyir,  onu ÖLDÜRMƏK  istəyirlər
21 iyun 2024 14:15 (UTC +04:00)

İlon Maskı manyaklar izləyir, onu ÖLDÜRMƏK istəyirlər

Dünyanın ən varlı adamı, "Tesla", "Space X"in qurucusu İlon Mask, "iki manyak qatilin" onu öldürməyə çalışdığını və özünü Con Lennonla müqayisə etdiyini söyləyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda səhmdarların iclasında Mask "iki adam öldürən manyak" son yeddi ayda onu ölümlə hədələdiyini bildirib.

Mask, öz məşhurluğunu onu Lennon kimi hədəfə çevirdiyini söyləyib. Eksentrik milyarder təklif edib ki, bəlkə də "öldürülməmək" üçün idmana başlasın. “Onlar mənim adımı çox eşidirlər, ona görə də mən “qara siyahıda”yam, bilirsinizmi” deyə Mask deyib.

“Son yeddi ayda, məni qəsdən öldürməyə cəhd edən iki manyak izləyir. Onlar heç bir real problem səsləndirmədilər, ona görə də diqqətli olmaq lazımdır”.

Nəticədə, o, "bir az daha təmkinli olmaq" məcburiyyətində qaldığını və ictimai yerlərdə pərəstişkarlarına imza verməyi dayandırdığını açıqlayıb.

Mask daha sonra özünü 1980-ci ildə onun üçün albom imzaladıqdan bir neçə dəqiqə sonra Beatles fanatı Mark David Chapman tərəfindən Manhettendəki Dakota Apartments qarşısında vurulan Lennonla müqayisə edib. "Mən sağ qalmağa çalışacağam", - Mask söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Fidan İlqar

Oxşar yazılar