Rusiyanın həkim kardioloqu Aleksandr Myasnikov alkoqolun ziyansız dozası barəsində danışıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, 50 qram araq, konyak, viski habelə 150 qram şərab, 360 qram pivə içmək insan orqanizmi üçün ziyanlı deyil.
Həkim onu da qeyd edib ki, bu qayda hamilə qadınlara, ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlərə şamil edilmir.