İnsanlar 2040-cı ildə  Marsa gedə biləcək   – NASA
31 may 2023 12:44 (UTC +04:00)

İnsanlar 2040-cı ildə Marsa gedə biləcək – NASA

NASA rəhbəri Bill Nelsonun Marsa ilk insanın enişinin 2040-cı ildə baş verəcəyini açıqlayıb. 

Lent.az xəbər verir ki, o, bu barədə “El Mundo” qəzetinə müsahibəsi zamanı deyib. 

Onun sözlərinə görə, bu çox uzun müddət kimi görünsə də, cəmi 17 ildir. 

“Aya uçmaq üçün cəmi 3-4 gün lazımdırsa, Marsa uçuş daha çox vaxt aparacaq. Marsa enən astronavtlar planetlərin mövqeyi baxımından 6 aydan 8 aya qədər orada qalacaq. Hətta onlar geri dönüş səfəri ilə bağlı bir neçə ili orada keçirməli olacaqlar”, - Bill Nelson bildirib. 

Nelsonun Marsa dəqiq uçuş vaxtı ilə bağlı fikirlərini hər kəs paylaşmır. Məsələn, “SpaceX”in qurucusu İlon Mask hesab edir ki, Qırmızı Planetə eniş on il ərzində baş verə bilər. Daha əvvəl o, ilk yük missiyasının 2022-ci ildə Marsa gedəcəyini və 2050-ci ilə qədər orada 1 milyon əhalisi olan şəhərin salınacağını bildirmişdi. Ancaq bu proqnozları bir az real görünmür.

Artıq bu gün bir çox mütəxəssis kosmik teleskopların şəkillərindən və roverlərdən əldə edilən məlumatlardan istifadə edərək Marsı tədqiq edir. Beləliklə, elm adamları artıq Qırmızı Planetdə suyun, hətta içməli çayların olmasına dair çoxlu sübutlar tapıblar.
 

# 1395
avatar

Sevinc Fərid

Oxşar yazılar