İntim fotoları ilə modellik edən müəllim  işdən qovuldu
05 dekabr 2025 19:46 (UTC +04:00)

İntim fotoları ilə modellik edən müəllim işdən qovuldu

0

Koronavirus dövründə əlavə gəlir əldə etmək istəyən bir müəllimənin fəaliyyəti onun karyerasına son qoydu.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyada ibtidai sinif müəllimi Samanta Barqus haqqında anonim məktub daxil olduqdan sonra ona azı beş il müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq qadağan olunub.

Məktubda onun elit eskort-model kimi çalışdığı və svinger saytında aktiv olduğu bildirilirdi.

Komissiya müəllimənin “ikili həyatını” uyğunsuz və qəbul edilməz hesab edərək bunun şagirdlər üçün pis nümunə olduğunu qeyd edib.

Hadisə necə aşkarlandı?

Samanta Barqus 2019-cu ilin sentyabrında Birmingemdəki Hall Green Infant School məktəbində işə başlamışdı. Lakin 2022-ci ildə haqqında göndərilən anonim məlumat araşdırmaya səbəb olub. Əvvəlcə müəllimə iddiaları inkar etsə də, onun intim fotoları yayıldıqdan sonra eskort fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

O həmçinin üç il ərzində internetdə açıq-saçıq foto və videolar paylaşdığını bildirib. Barqus bu platformanı “şəxsi həyatla işi ayırmaq üçün təhlükəsiz və anonim yer” hesab etdiyini söyləyib.

Materialda qeyd olunur: “Xanım Barqus bildirib ki, müəllimlik etdiyi dövrdə pandemiya və lokdaun baş verib, bu isə onun psixoloji vəziyyətinə və münasibətlərinə mənfi təsir göstərib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar