İti ilə maşın sürən sürücü görənləri  TƏƏCCÜBLƏNDİRDİ
02 aprel 2021 13:38 (UTC +04:00)

İti ilə maşın sürən sürücü görənləri TƏƏCCÜBLƏNDİRDİ

Antalyada hər kəsi təəccübləndirən hadisə baş verib.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bir sürücü maşınını qucağında iti ilə idarə edib.

Sürücü əvvəlcə avtomobilin pəncərəsini açaraq itin ətrafa baxmasına şərait yaradıb. Sonra ətrafdakıların təəccüb dolu baxışlarına fikir vermədən yollarına davam ediblər.

Bu anları bəzi sürücülər qaçırmaq istəməyib və telefonları ilə videoya çəkiblər. Görüntüləri izləyənlər yolda maşını bu şəkildə sürməyin təhlükəli olduğunu qeyd ediblər.

# 1767
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar