Kişinin  hamiləlik testi müsbət çıxdı,   həkimlər şoka düşdü
03 iyul 2023 13:07 (UTC +04:00)

Kişinin hamiləlik testi müsbət çıxdı, həkimlər şoka düşdü

0

İordaniya sakininin hamiləlik testindən keçməsi və müsbət nəticə verməsi həkimləri təəccübləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 42 yaşlı kişi dözülməz qarın ağrısı şikayəti ilə həkimə müraciət edib. Bundan sonra xəstə hamiləlik testindən keçib və test müsbət nəticə göstərib. Vəziyyəti aydınlaşdırmaq üçün şoka düşən həkimlər iordaniyalını əlavə müayinəyə göndəriblər.

Əlavə müayinələrdən sonra həkimlər xəstədə qaraciyərə metastaz vermiş şiş aşkar ediblər. Histopatoloq Hussam Abu Farskakhın dediyinə görə, şiş normal olaraq hamiləlik zamanı istehsal olunan hormonları ifraz edib ki, bu da testin müsbət nəticəsinə səbəb olub.

Xəstənin vəziyyəti xüsusi müalicə tələb edən nadir tibbi vəziyyət hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2127

Oxşar yazılar