NASA-nın Artemis I missiyası zamanı sınaqdan keçirilən xüsusi radiasiya jiletinin kosmonavtları güclü Günəş fırtınalarından qorumaqda effektiv olduğu müəyyənləşib.
Lent.az xəbər verir ki, Orion kosmik gəmisində iki maneken sınaqdan keçirilib.
Onlardan biri “AstroRad” adlı xüsusi jilet geyinib, digəri isə qoruyucu vasitəsiz olub. Nəticələrə əsasən, jilet 1972-ci ildə baş verən güclü Günəş fırtınası səviyyəsində radiasiya təsirini təxminən 60 faiz, 1989-cu il səviyyəsində isə 40 faiz azalda bilər.
Alimlər hesab edirlər ki, texnologiya gələcək Ay və Mars missiyalarında kosmonavtların radiasiyadan qorunmasında mühüm rol oynaya bilər.