Məşhur model görün necə  FOTOLAR   paylaşdı?
17 may 2022 19:15 (UTC +04:00)

Məşhur model görün necə FOTOLAR paylaşdı?

PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti olan məşhur model Vanda Nara sosial şəbəkələrdə gözəl formasını nümayiş etdirən fotolar yayıb.

“Xoşbəxtlik istədiyiniz hər şeyə sahib olmaqda deyil, sahib olduqlarınızdan həzz almaqdadır”, - Lent.az xarici mediaya istinadla bildirir ki, İkardinin həyat yoldaşı fotonun altına yazıb.

Vandanın abunəçiləri onun yeni şəkillərinə baxandan sonra həyəcanlanıblar və şərhlərdə çoxlu sayda heyranedici rəylər yazıblar.

Qeyd edək ki, İkardinin həyat yoldaşı PSJ-nin futbolçusundan daha populyardır. Vandanın 12,6 milyon, onun isə 7,8 milyon abunəçisi var.Bu, başqa şeylərlə yanaşı, Vandanın səmimi fotolarını dərc etmək sevgisi ilə bağlıdır.

Daha əvvəl İkardinin İtaliya çempionatına qayıda biləcəyi bildirilib, iki klub hücumçuya iddialıdır.

İkardi PSJ-də ümumilikdə 92 oyuna çıxıb, 38 qol vurub və 10 məhsuldar ötürmə edib.

# 2679
avatar

Oxşar yazılar