Niyə kraliça II Yelizaveta ömrü boyu heç vaxt duş  qəbul etməyib? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
15 iyul 2026 19:46 (UTC +04:00)

Niyə kraliça II Yelizaveta ömrü boyu heç vaxt duş qəbul etməyib? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

0

Heç Bukinqem sarayında gündəlik həyatın necə keçdiyini düşünmüsünüzmü? Əksəriyyət hesab edir ki, burada dəbdəbə və rahatlığın həddi-hüdudu yoxdur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amma əslində monarxların həyatı rahatlıqdan daha çox, ciddi qaydalar və protokollar üzərində qurulub.

Səhər ritualı

Məqalədə iddia olunur ki, II Yelizaveta duş qəbul etməyi adi insanların tələsik həyat tərzi ilə əlaqələndirib. Kraliçanın səhəri hər gün saat 07:30-da xüsusi bir mərasimlə başlayıb. Xidmətçi otağa daxil olub, vannanı əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun hazırlayıb.

Su gözəyarı deyil, dəqiq ölçü ilə təxminən 7 düym (18 santimetr) hündürlüyündə doldurulub. Daha sonra termometrlə suyun temperaturu yoxlanılıb. Hər şey hazır olduqdan sonra kraliçaya vannanın istifadəyə hazır olduğu bildirilib. Vanna hazırlanarkən II Yelizaveta televizorda xəbərlərə baxıb, "Earl Grey" çayı içib. Məlumata  görə, onun gündəlik rejimində duş üçün yer olmayıb.

Kral ailəsi niyə duşdan uzaq dururdu?

Məqalədə bildirilir ki, bu yanaşma Britaniya aristokratiyasının köhnə ənənələrindən qaynaqlanır. Uzun illər duş hərbçilər və fəhlələr üçün nəzərdə tutulmuş praktik vasitə kimi qəbul olunub, vanna isə rahatlıq və yüksək təbəqənin simvolu sayılıb. Həmçinin iddia edilir ki, kral etiketi sakitlik və ahəng tələb etdiyi üçün duşun və havalandırma sisteminin səsi uyğun hesab edilməyib.

Saraydakı digər qaydalar

Yazıda daha sonra iddia olunur ki, eyni səbəbdən Bukinqem sarayında tozsoranlardan istifadə edilmir və bütün təmizlik işləri əl ilə aparılır. Həmçinin hava təravətləndiricilərinin və aromatik diffuzorların istifadə edilmədiyi, sarayda yalnız mum və təmizlik qoxusunun üstün tutulduğu qeyd edilir.

Kral III Çarlz anasından nəyi mənimsəyib?

Məqaləyə əsasən, III Çarlz da duş kabinələrini sevmir və vannaya üstünlük verir. Onun vannası otaq temperaturunda su ilə yarıyadək doldurulur və hətta vannanın tıxacının yerləşmə vəziyyətinə qədər müəyyən qaydalar mövcuddur. Bundan əlavə, məqalədə iddia edilir ki, kral diş pastasını özü sıxmır. Bu işi onun valetinin gördüyü və diş fırçasına dəqiq 1 düym (təxminən 2,5 santimetr) uzunluğunda pasta çəkildiyi yazılır. Həmçinin səfərlərə çıxarkən III Çarlzın şəxsi unitaz oturacağı və xüsusi tualet kağızı daşıdığı iddia olunur.

Почему королева Елизавета II никогда в жизни не принимала душ — вы действительно удивитесь | Источник: Legion Media

Hamam otağı ilə bağlı qeyri-adi qaydalar

Məqalədə kral ailəsinin kişi üzvlərinin saqqal saxlamasının etik baxımdan qəbul edilmədiyi, yalnız şahzadə Harrinin nənəsi II Yelizavetadan xüsusi icazə aldığı üçün saqqal saxladığı bildirilir. Bundan başqa, tualetdə kitab, qəzet və ya telefon oxumağın gigiyenik və etik baxımdan düzgün sayılmadığı, ailə üzvlərinin bunu etmədiyi qeyd olunur. Sonda bildirilir ki, II Yelizaveta "tualet" sözünü işlətmək əvəzinə daha çox "loo" ifadəsinə üstünlük verib və şəxsi ehtiyacları barədə açıq danışmağı xoşlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar