Azərbaycanda bu məkanları  ziyarət edənlərin   72 faizdən çoxu əcnəbidir
16 oktyabr 2026 12:31 (UTC +04:00)

Azərbaycanda bu məkanları ziyarət edənlərin 72 faizdən çoxu əcnəbidir

1

2026-cı ilin yanvar-sentyabr ayında Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və muzeyləri, ümumilikdə 510 215 nəfər bilet alaraq ziyarət edib.

Bu barədə Lent.az-ın sorğusuna Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.

Onlardan 142 436 (27,17 faiz) nəfəri yerli, 367 779 (72,83 faiz) nəfəri xarici turist olub. 103 087 nəfər isə ödənişsiz qaydada qoruq və muzeyləri ziyarət edib. Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzi 9 qoruğun və 1 turizm kompleksinin idarəetməsini həyata keçirir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhid ailəsinin birinci dərəcəli üzvləri üçün Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 300

Oxşar yazılar