Qadın doğuşdan 15 dəqiqə öncə   HAMİLƏ OLDUĞUNU BİLDİ - VİDEO
30 may 2023 13:14 (UTC +04:00)

Qadın doğuşdan 15 dəqiqə öncə HAMİLƏ OLDUĞUNU BİLDİ - VİDEO

ABŞ-ın İndiana ştatının sakini hamilə olduğunu biləndən cəmi 15 dəqiqə sonra gözlənilmədən uşaq dünyaya gətirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə öz "TikTok" hesabında yazıb.

Kayla Nikol Simpson hamiləlikdən xəbərsiz olduğunu və heç bir əlamətini yaşamadığını iddia edib. Bu müddətdə qadın 13 kiloqram arıqlayıb və həmişəkindən daha arıq olub. Daha sonra gizli hamiləlik yaşadığını öyrənib.

2021-ci ilin noyabrında Simpson şiddətli qarın ağrısı keçirib. Doğuş sancıları idi, amma o, onları appendisitlə səhv salıb. Xəstəxanada qadını həkim müayinə edib. Ultrasəs müayinəsi zamanı anası ekranda kiçik ayaqlara bənzər tanış bir şey görüb.

"Sonra yüksək səslə qışqırdım və həkim gördü ki, mən doğuş edirəm", - blogger deyib.

Qadın təcili olaraq doğum şöbəsinə aparılıb və 15 dəqiqədən sonra qızı dünyaya gəlib - təxminən üç kiloqram ağırlığında sağlam körpə. 

# 2127
avatar

Fidan İlqar

Oxşar yazılar