Paul Karasonun dərisi istifadə etdiyi qarışıqdan mavi rəngə çevrilib. Onu ilk görənlər təəccüblənsə də, bu hal ona şöhrət qazandırıb və ona "Şirin Baba" ləqəbi verilib. Paul Karason mavi dərisi ilə real həyatdakı "Papa Smurf"u xatırladır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu maraqlı görüntünün arxasındakı hekayə də bir o qədər maraqlıdır.
Paul bir jurnalda sağlamlıq və cavanlaşma vəd edən gümüş koloidal qarışığın elanını görüb. Antibakterial xüsusiyyətləri sayəsində gümüş penisilin buraxılana qədər həkimlər tərəfindən istifadə edilib. 1999-cu ilə qədər penisillinə baxmayaraq gümüşə də üstünlük verilirdisə, bu il Ümumdünya Səhiyyə Təşkilatı orqanlara zərər verdiyini əsas gətirərək onu tamamilə qadağan edib.
Ancaq bu vaxta qədər bu gümüş qarışığından istifadə edən Paulun dərisi tamamilə rəngini dəyişib. Bir dostu ona deyənə qədər Paul dərisindəki dəyişikliyi hiss etməyib. Anadangəlmə açıq dərili və qırmızı saçlı olan Paul müsahibəsində "Bir müddətdir məni görməyən bir dostum içəri girdi və özümə nə etdiyimi soruşdu" deyə bildirib.
Köhnə halına qayıda bilməyəcəyini ifadə edən Paul, bu vəziyyətin günəşdə yanmamaq kimi üstünlüklərinin olduğunu qeyd edib. Bununla belə, mənfi cəhətlər də var idi; Harasa gedəndə maraqlı baxışlara məruz qalırdı.
Bu, onun qısa müddətdə tanınmasına səbəb olub. Ona "Papa Smurf" ləqəbi verilib və müxtəlif televiziya şoularına dəvət edilib. Lakin onun qısa müddətli şöhrətindən sonra işlər tərsinə dönüb. İş tapmaqda çətinlik çəkib, nişanlısı ilə ayrılıb, prostat xərçəngi və ürək problemləri də daxil olmaqla bir çox sağlamlıq böhranı yaşayıb.
2013-cü ilin sentyabrında Pol Karason infarkt keçirdikdən sonra pnevmoniyadan müalicə aldığı Vaşinqton xəstəxanasında 62 yaşında vəfat edib.