Sevgilisinə görə 400 plastik əməliyyat  etdirdi
18 oktyabr 2025 13:28 (UTC +04:00)

Sevgilisinə görə 400 plastik əməliyyat etdirdi

0

Cənubi Koreyada qadın 15 ilə 210 min dollar xərcləyib 400-ə yaxın estetik prosedur etdirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Gil Li Von ilk dəfə 2010-cu ildə plastik cərrahiyəyə müraciət edib.

Həmin dövrdə kollec imtahanlarına hazırlaşarkən çəki artımı səbəbilə görünüşünə görə insanların istehsasına məruz qalıb. Daha sonra keçmiş sevgilisinin davamlı tənqidləri onu əməliyyata sövq edib.

O deyir ki, estetik dəyişikliklər üçün xərclədiyi böyük məbləğə baxmayaraq, peşman deyil və indi özünə daha güvənir.

Onun keçdiyi prosedurlar arasında alın nahiyəsinə yağ köçürülməsi, qulaq formasının dəyişdirilməsi, ikiqat göz qapağı əməliyyatı, göz və burun korreksiyası, filtrumun qısaldılması, üz və çənə konturlaması, yanaqlardakı çuxurların götürülməsi, dodaq və boyun dolğuları, botoks, liposaksiya, kök hüceyrə inyeksiyaları və müxtəlif dəri prosedurları yer alır.

Гіл Лі Вон зараз і 2010 року / © скриншот з відео

Gil Li Vonun sözlərinə görə, estetik müdaxilələr və dermatoloqa müntəzəm müraciətlər nəzərə alınsa, ümumi sayı təxminən 400 prosedurdur.

Həkimlərin “artıq risk etməmə və mövcud nəticəni saxlama” tövsiyəsinə baxmayaraq, qadın hələ də demək olar ki, hər gün klinikalara gedərək görünüşünü qorumağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar