Böyük Britaniyada bir vətəndaş sürücülük vəsiqəsi ala bilmək üçün girdiyi nəzəri imtahanda 128-ci dəfə uğursuz olub.
Lent.az xəbər verir ki, həmin şəxsin indiyə qədər yalnız imtahan rüsumlarına təxminən 3 min funt (təxminən 6720 AZN) xərclədiyi bildirilir.
Qeyd edək ki, sürücü namizədi əvvəlcə nəzəri imtahandan keçməli, daha sonra isə praktiki imtahana girməlidir.