Təyyarə bileti alan qadın sərvət  qazandı
18 may 2026 18:43 (UTC +04:00)

Təyyarə bileti alan qadın sərvət qazandı

0

Ryanair aviaşirkətinin keçirdiyi illik “Bir milyon qazan” lotereyasının qalibi məlum olub. Şirkətin açıqlamasına görə, əsas mükafatı Böyük Britaniyanın Liverpul şəhər sakini Helen Svindells qazanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın uğurlu bileti Krakov-Liverpul reysi zamanı əldə edib. Daha sonra İrlandiyada yerləşən Sleyn qəsrində keçirilən xüsusi xeyriyyə tədbirində ona 500 min avro məbləğində mükafat təqdim olunub.

Məlumata görə, britaniyalı sərnişin lotereya biletini 2025-ci ilin may ayında alıb. Final mərhələsində o, 1 milyon avro uğrunda yarışmaq şansı qazanan yeganə iştirakçı olub. Tədbir zamanı qarşısına müxtəlif pul mükafatları yerləşdirilmiş 125 zərf qoyulub. Minimum uduş məbləği 50 min avro təşkil edib. Helen Svindells isə içərisində 500 min avro olan zərfi seçib.

Aksiya ağır xəstə uşaqlara və gənclərə yardım edən Naomi & Jacks xeyriyyə təşkilatına dəstək məqsədilə keçirilib. Fond Ryanairin Avropa üzrə əməkdaşlıq etdiyi 13 xeyriyyə təşkilatından biridir.

Lotereyada yalnız Avropa İttifaqı ölkələrinin, Böyük Britaniyanın və Ryanair reyslərinin həyata keçirildiyi digər dövlətlərin yetkin yaşlı vətəndaşları iştirak edə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar