Adrenalinə olan həvəsi və kino sevgisi ilə tanınan Hollivudun məşhur siması Tom Kruzun Paris Olimpiadasının bağlanış mərasimində sürpriz şou ilə çıxış edəcəyi məlum olub.
Lent.az xəbər verir ki, məşhur aktyorun təkcə Paris 2024 Olimpiya Oyunlarını izləmək üçün orada olmadığı məlum olub.
Əldə olunan məlumata görə Tom Kruz Olimpia Oyunlarının bağlanış mərasimində paraşütlə bir şou göstərəcək.