Xoruldayan kişi həyat yoldaşının ömründən 4 illik yuxu "oğurlayır"
29 iyun 2026 04:42 (UTC +04:00)

Xoruldayan kişi həyat yoldaşının ömründən 4 illik yuxu "oğurlayır"

0

İngiltərədə aparılan araşdırmaya görə, qadınlar həyat yoldaşlarının xoruldaması səbəbindən ömürləri boyu təxminən 4 il yuxu itirirlər.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə gecə boyu davam edən xorultu partnyorun dəfələrlə oyanmasına səbəb olur və bu da yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır.

Araşdırmada qeyd olunur ki, bu vəziyyət səhərlər yorğun oyanmağa, gün ərzində diqqət dağınıqlığına və halsızlığa gətirib çıxarır.

Uzunmüddətli yuxusuzluq isə xroniki yorğunluq, immun sisteminin zəifləməsi, stress və narahatlıq (anksiyete) kimi sağlamlıq problemləri ilə əlaqələndirilir.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə kişilər və artıq çəkili insanlarda daha çox rast gəlinən xorultu təkcə xoruldayan şəxsin deyil, onunla eyni otaqda yatan partnyorun da sağlamlığına mənfi təsir göstərir.

Buna görə də davamlı xorultu ciddi qəbul edilməli və zərurət yarandıqda həkimə müraciət olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar