"Meyvəli"dən  oğurluq edən arabaçılar  TUTULDU
16 oktyabr 2026 13:42 (UTC +04:00)

"Meyvəli"dən oğurluq edən arabaçılar TUTULDU

0

Bakıda bazardan külli miqdarda oğurluq edilib.

Lent.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarında qeydə alınıb.

Burada arabaçı işləyən 26 yaşlı Fərid Şükürov və 35 yaşlı İslam Kərəmov (adlar şərti) “Güllük” adlanan ərazidə sahibkara məxsus ümumi dəyəri 5372 manat olan fındığı oğurlayıblar. Oğurlanan quru meyvələr hər biri 22 kiloqram olmaqla, 33 kisədə olub. Məlumata görə, Fərid və İslam oğurluq əməllərini yükdaşıma şirkətindən sifariş etdikləri “Ford Tranzit” markalı avtomobillə həyata keçiriblər. Oğurlanan fındıqlar Fəridin yaşadığı Korgöz qəsəbəsindəki evə aparılıb.

Hadisənin səhərisi günü polis əməkdaşları onların hər ikisini saxlayıb və barələrində cinayət işi açılıb.

Təqsirləndirilən şəxslər törətdikləri əməldən peşman olduqlarını və vurduqları ziyanı ödədiklərini bildiriblər. Zərərçəkən sahibkar da həmçinin dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmayıb.

Zərərçəkənin sözlərinə görə, həmin fındıqları Qəbələdən borca alıb.

Qeyd edək ki, Fəridlə İslamın oğurluq əməlləri təhlükəsizlik kameralarına həkk olunub.

Məhkəmənin qərarı ilə Fərid Şükürov 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması, İslam Kərəmov isə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar