Yumurtanı nə vaxt yemək  daha yaxşıdır? - Səhər, yoxsa axşam?
23 yanvar 2026 09:51 (UTC +04:00)

Yumurtanı nə vaxt yemək daha yaxşıdır? - Səhər, yoxsa axşam?

0

Yumurta ən populyar məhsullardan biri olaraq qalır, lakin onu hansı vaxt yeməyin daha doğru olduğu məsələsi, hətta dietoloqlar arasında belə, mübahisə doğurur. Bəziləri yumurtalı səhər yeməyinin günə ən yaxşı başlanğıc olduğunu düşünür, digərləri isə yumurtanı ideal axşam yeməyi hesab edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə yumurta tez mənimsənilən zülal və amin turşularının mənbəyidir və orqanizmə enerji verir.

Buna görə də səhər qəbul edilməsi günə güclü başlamağa kömək edir. Dietoloqların fikrincə, səhər yeməyində yumurta iştahanı azaldır və gün ərzində həddindən artıq yemək riskini aşağı salır. Bu da çəkisinə nəzarət edənlər üçün yumurtanı dəyərli məhsula çevirir.

Yumurtanın tərkibindəki zülal qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir. Bu isə şirniyyata olan istəyi azalda bilər.

Axşam isə yumurta fərqli təsir göstərir. O, mədəni yükləməyən yüngül şam yeməyi kimi qəbul olunur.

Dietoloqlar qeyd edirlər ki, yumurtada serotonin hormonunun yaranmasına kömək edən triptofan adlı amin turşusu var. Bu maddə insanın yuxudan əvvəl rahatlaşmasına dəstək ola bilər.

Bununla belə, həzm problemləri olan şəxslər ehtiyatlı olmalıdır. Axşam yumurta yemək bəzi insanlarda ağırlıq hissi yarada bilər.

Səhər yumurta xüsusilə idmanla məşğul olanlar üçün faydalıdır. O, əzələləri dəstəkləyir və bərpanı sürətləndirir.

Axşam yumurta isə kalorini məhdudlaşdıran insanlar üçün daha uyğun seçim sayılır. Yumurtanın toxluq hissi yaratması əlavə yüklənmədən doymağa imkan verir.

Dietoloqlar məsləhət görür ki, hər kəs orqanizminin xüsusiyyətlərini nəzərə alsın. Bəzi insanlar zülalı səhər daha rahat həzm edir, digərləri isə axşam.

Yumurta həmçinin B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sistemini dəstəkləyir və stressin azalmasına kömək edir.

Səhər yumurta yemək günə enerji ilə başlamağa, axşam isə günü əlavə kalori yığmadan tamamlamğa kömək edə bilər.

Mütəxəssislər xatırladır ki, hazırlanma üsulu da önəmlidir. Qaynadılmış yumurta qızardılmış yumurtadan daha faydalı hesab olunur.

Yumurta universal məhsuldur və günün istənilən vaxtında rasiona daxil edilə bilər. Əsas məsələ isə normanı qorumaqdır: gündə 1–2 yumurta kifayət edir.

Məhz buna görə dietoloqlar yumurtanı əvəzolunmaz məhsul sayırlar. O, həm səhər, həm də axşam faydalıdır, sadəcə təsiri fərqli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar