Yuxuda  cinlər sizi qorxudur?  - Kabuslardan əvvəlki hal
01 iyun 2026 09:23 (UTC +04:00)

Yuxuda cinlər sizi qorxudur? - Kabuslardan əvvəlki hal

0

Alimlər müəyyən ediblər ki, iblis obrazının yer aldığı kabuslar qəfil yaranmır. Belə yuxulardan əvvəl bir neçə gün davam edən narahatedici və dəyişən görüntülər müşahidə olunur.

Lent.az xəbər verir ki, psixoloqların apardığı araşdırmada 124 könüllü iştirak edib. İştirakçılar iki həftə ərzində gördükləri yuxularla bağlı gündəlik apararaq iblis motivlərinə malik bütün obrazları qeyd ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, bu tip kabuslar əksər hallarda birdən-birə ortaya çıxmır. Əksinə, yuxularda qorxu və gərginlik yaradan elementlər tədricən artır. Araşdırmaya görə, bəzi hallarda son və ən qorxulu iblis obrazı yaranana qədər bir neçə gecə keçir. İlk mərhələdə insanlar yalnız qəribə, lakin nisbətən təhlükəsiz görünən fiqurlar və ya narahatlıq yaradan səhnələr görürlər.

Hər növbəti gecə isə həmin obraz daha təhlükəli və qorxulu xarakter almağa başlayır, sanki yuxu görən şəxsə yaxınlaşır. Nəticədə proses iblis hücumu hissi yaradan ağır kabusla yekunlaşır.

Alimlər qeyd ediblər ki, iblis elementləri müxtəlif yuxularda fərqli formalarda görünərək tədricən dəyişə bilir. Bu cür obrazlar elmə uzun illərdir məlumdur. Hələ orta əsrlər dövründə  kabuslar və yuxu iflici ilə əlaqələndirilirdi. Müasir dövrdə isə sosial şəbəkələrdə tez-tez yuxu iflici anlayışı müzakirə olunur.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, söhbət fövqəltəbii hadisələrdən deyil, beynin yuxu zamanı qorxu və emosional xatirələri emal etmə prosesindən gedir.

Alimlərin fikrincə, beyin bu üsulla güclü emosional təcrübələri mərhələli şəkildə emal edir. Bu proses pozulduqda isə ağır kabuslar yarana bilər.

Mütəxəssislər əlavə ediblər ki, belə yuxular görən insanlar istisna hesab olunmur. Əgər kabuslar mütəmadi xarakter alırsa, yuxu problemləri üzrə mütəxəssisə müraciət etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar