Əbülfəs Qarayev dünya şöhrətli memarı qəbul edib
0
0
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan dünya şöhrətli memar, Parisdəki Bastiliya Operası binasının, həmçinin dünyanın bir çox ölkələrində gözəl memarlıq nümunələrinin müəllifi Karlos Ottu qəbul edib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycanda mədəniyyət və infrastruktur obyektlərinin layihələndirilməsi və inşası üzrə inkişaf məsələləri müzakirə olunub, görkəmli memar böyük məmnuniyyətlə bu layihələrə cəlb olunmaqda maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin Azərbaycanın Argentina, eyni zamanda Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə də iştirak edib.