Avropada ucuz və möhtəşəm istirahət üçün 10 məkan: Balkanların gizli cənnətləri
22 avqust 2026 14:54 (UTC +04:00)

Avropada ucuz və möhtəşəm istirahət üçün 10 məkan: Balkanların gizli cənnətləri

0

Balkan ölkələri turistlərə həm büdcəyə, həm də zövqə uyğun çoxsaylı istirahət imkanları təklif edir. Bölgə adətən dəniz və çimərliklərlə assosiasiya olunsa da, burada tarixi şəhərlər, dağ mənzərələri, göllər və qədim abidələr də diqqət çəkir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın “eShores” turizm şirkəti Balkanlarda istirahət üçün ən yaxşı 10 istiqamətin siyahısını hazırlayıb.

Siyahıya Xorvatiyanın Dubrovnik şəhəri başçılıq edir. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən qədim şəhər, orta əsr divarları və “Game of Thrones” serialının çəkiliş məkanları ilə turistlərin marağına səbəb olur.

Xorvatiyanın Dalmatiya adaları sakit körfəzləri, üzüm bağları və adalararası səyahət imkanları ilə seçilir. Monteneqrodakı Kotor körfəzi isə dağlarla əhatələnən mənzərələri və sakit suları ilə məşhurdur.

Split şəhərində turistlər Roma dövründən qalma Diokletian sarayını, sahil bulvarını və şəhər çimərliklərini görə bilərlər.

Sloveniyada Bled gölü və Yulian Alpları da siyahıya daxil edilib. Buradakı ada kilsəsi, qayalıq üzərində yerləşən qala və alp mənzərələri turistlər üçün əsas cazibə məkanları sayılır.

Albaniya Rivierası İon dənizinin sahilindəki çimərlikləri ilə diqqət çəkir. Xorvatiyadakı Plitvice Gölləri Milli Parkı isə şəlalələr, göllər və taxta keçidlərdən ibarət təbiət mənzərələri ilə tanınır.

Albaniyanın Berat və Gjirokastra şəhərləri Osmanlı dövründən qalan ağ evləri və təpələrdə yerləşən qalaları ilə seçilir.

Bosniya və Herseqovinanın Mostar şəhəri məşhur tarixi körpüsü və firuzəyi rəngli çayı ilə turistləri cəlb edir.

Şimali Makedoniyadakı Ohrid şəhəri və Ohrid gölü isə qədim kilsələri, tarixi abidələri və göl sahilində istirahət imkanları ilə siyahının ən maraqlı istiqamətlərindən biri hesab olunur.

Mütəxəssislər bildirirlər ki, Balkanlar yalnız yay və dəniz turizmi üçün deyil, tarix, təbiət və aktiv istirahət sevənlər üçün də əlverişli istiqamətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar