11 yaşlı vokalçımız mükafat aldı
Rusiyada yaşayan həmyerlimiz 11 yaşlı vokal və skripka ifaçısı Əli Muradov Novosibirsk şəhər meriyası Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Viva Music” müsabiqəsinin qalibi olaraq xüsusi diploma və pul mükafatına layiq görülüb.
Əli Muradov Lent.az-a açıqlamasında bildirib ki, o, sözügedən müsabiqədə iki nominasiyada iştirak edib. Həm skripka, həm vokal üzrə çıxış edən vokalçımız S.Prokofyevin bəstələdiyi “Montekki və Kapuletti”, “Cəngavərlərin rəqsi” əsərini ifa edib. Vokal üzrə isə E.Curtisin” Torna a Surriyento əsərini ifa edən Əli Muradov seçim turlarının finalına çıxıb.
Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib.
Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.
Jalə

Oxşar yazılar

Nəfəsinizi kəsəcək ən yaxşı həyəcan filmləri
1 may 2025 , 19:58
“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” - Ağamirzə ilə MÜSAHİBƏ
1 may 2025 , 14:12
Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO
1 may 2025 , 13:16
Dahilərdən günahkarlıqla bağlı 10 sitat
1 may 2025 , 10:14
Kino Agentliyinə baş direktor təyin olundu
30 aprel 2025 , 13:52
Netfliksdə yeni serial: hər saniyə həyəcanda saxlayacaq
30 aprel 2025 , 10:14
Ən yaxşı 7 macəra filmi -VİDEO
29 aprel 2025 , 17:28