"Manifest" Türkiyədən gedir:  yeni ünvan AÇIQLANDI
03 avqust 2026 19:07 (UTC +04:00)

"Manifest" Türkiyədən gedir: yeni ünvan AÇIQLANDI

0

Türkiyənin son dövrlərdə ən çox müzakirə olunan musiqi qruplarından olan "Manifest" fəaliyyətini Böyük Britaniyada davam etdirəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qrupun qurucusu Tolqa Akış bildirib ki, üzvlərin birlikdə yaşadığı və ilk il üçün nəzərdə tutulan Türkiyədəki ortaq ev layihəsi sentyabr ayında bağlanacaq. Onun sözlərinə görə, həmin tarixdən etibarən qrupun yeni ortaq evi Londonda fəaliyyət göstərəcək.

Akış qeyd edib ki, bu addım təkcə ünvan dəyişikliyi deyil, həm də qrupun beynəlxalq karyerası baxımından mühüm mərhələdir. O, "Manifest"in yaxın zamanda qlobal miqyasda fəaliyyət göstərən bir prodüser şirkəti ilə danışıqlar masasına oturacağını açıqlayıb.

Londonda açılacaq yeni ortaq ev və planlaşdırılan əməkdaşlıq qrupun ən böyük arzularından biri olan dünyanın məşhur Uembli stadionunda səhnəyə çıxmaq məqsədinə doğru atılan ilk ciddi addım kimi qiymətləndirilir.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar