Azərbaycan musiqisində bir ilk
Vokalist Lətifə Fətəliyeva Azərbaycan musiqisi tarixində ilkə imza atıb.
Lent.az-ın məlumatına görə, mətbuat konfransı keçirən müğənni bildirib ki, o, rok, pop və opera janrının sintezini ifa etməklə musiqimizdə yenilik edib. Opera musiqiçilərinin maaşlarının azlığından şikayətlənən ifaçı bildirib ki, bu problem müəyyən müddətdən sonra ifaçıların başqa janra müraciət etmələrinə səbəb olur.
9 mahnının daxil olduğu “Prima” adlı ilk albomunu təqdim edən Lətifə Fətəliyeva bildirib ki, bunu bir neçə ay öncə dünyasını dəyişən atası, incəsənət xadimi Akif Fətəliyevin xatirəsinə həsr edib. Atasının yoxluğunu ürək ağrısı ilə ifadə edən müğənni bildirib ki, onun sənətə gəlməsində atasının müstəsna rolu olub.
Tədbir zamanı Lətifənin çəkdirdiyi iki klip də nümayiş olunub.
Rejissor Fuad Əlişovun ekranlaşdırdığı kliplərdən biri müğənninin ifa etdiyi Kaçinin məşhur “Ave Maria” əsərinə, digəri isə musiqisi İlham Abdullayevə, sözləri Baba Vəziroğluna məxsus olan “ Bu sevgidən yoruldum” adlı mahnısına çəkilib.
Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Baba Vəziroğlu, xalq artisti Mübariz Tağıyev, bəstəkar Faiq Sücəddinov vokalçı haqqında fikirlərini söyləyib, Azərbaycan musiqi sənətində fərqli yol tutduğunu müsbət qiymətləndiriblər.
Jalə

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10