Dünyaca məşhur simfonik orkestr Bakıda konsert verəcək -
4 – 9 dekabrda Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, M.Rastropoviç Fondunun birgə təşkilatçılığı ilə VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək.
Festival çərçivəsində 8 – 9 dekabrda Heydər Əliyev Sarayında dünyaca məşhur Maggio Musicale Fiorentino simfonik orkestri çıxış edəcək. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tanınmış drijor Zubin Metanın rəhbərliyi altında keçiriləcək gecələrdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Zubin Meta artıq bir dəfə 2010-cu ildə Beynəlxalq Mstislav Rastropoviç Festivalı çərçivəsində Heydər Əliyev Sarayında İsrail Filarmoniyasının simfonik orkestri ilə çıxış edib. Həmçinin, Zubin Meta 1990-cı ildə üç tenor Plasido Dominqo, Xose Karreras və Luçano Pavarottinin birinci birgə konsertlərinə drijorluq etməsi ilə tarixə düşüb.
Konsert saat 19:00-da başlanılır. Biletlərin qiyməti 10 – 25 AZN-dir
Jalə

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10