Türkiyəli məşhur aktyor Tolqa Sarıtaş azyaşlı oğlu Ali ilə yeni fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Lent.az xəbər verir ki, ilk dəfə oğlunun üzünü göstərən aktyorun yeni paylaşımı da izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Fotoda balaca Alinin atasına bənzəməsi, xüsusilə də sarışın olması diqqətdən yayınmayıb.
Tolqa Sarıtaş bir vaxtlar böyük maraqla izlənilən “Söz” serialında Yavuz Karasu obrazını canlandırıb. Tamaşaçılar və silahdaşları serialda onun qəhrəmanını “Sarı komutan” adlandırırdılar. Aktyorun oğlunun da sarışın olması izləyicilərə həmin obrazı xatırladıb. Sosial şəbəkə istifadəçiləri balaca Ali üçün “Əsl Sarı komutan budur” və “Atasının kiçik surətidir” kimi şərhlər yazıblar.
Tolqa Sarıtaş modelyer Zeynəb Mayrukla 2024-cü ilin iyununda ailə qurub. Cütlük bir neçə ay əvvəl ilk övladını qucağına alıb.
Aktyor daha əvvəl xəstəxanadan oğlu ilə çıxarkən çəkilmiş fotosunu paylaşaraq həmin görüntüyə “İlk göz ağrısı” şərhini yazmışdı. O, ABŞ-dan oğlu üçün aldığı forma ilə də kamera qarşısına keçmişdi.
Tolqa Sarıtaşın oğlu ilə son fotosu qısa müddətdə minlərlə bəyənmə və çoxsaylı şərh toplayıb.