Gənclər təbiət üçün bir araya gəldi-
29 noyabr 2012 02:57 (UTC +04:00)

Gənclər təbiət üçün bir araya gəldi-

“Bizə ideya lazımdır” devizi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalı davam edir. Lent.az-ın məlumatına görə, bu gün daha 4 komanda hazırladıqları tamaşanı nümayiş etdirib. “Su kürəsi”, “Yaşıl qan” , “Ekosit”, “Qoy nəfəs alım” adlı tamaşalar təqdim edilib.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan tamaşalarda ekologiya, təbiət, xüsusilə də, insanın ətraf mühiti qoruması, yaxud zərər vurması, təbiətlə davaranışı və sair kimi önəmli məsələlər yer alıb.

Qeyd edək ki, ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 30-dək davam edəcək. Festivalda nümayiş olunacaq tamaşalar ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr olunub. Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. Bakının 8, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb, 13 maraqlı, aktual mövzulu tamaşa hazırlanıb. “Zibil düşüncə”, “13 yaşlı qızın gündəliyi”, “Ekosit”, “Qoy nəfəs alım”, ”Zibilə düşdük”, “Oksigen balonu” və s tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək.

Qeyd edək ki, üç gün ərzində tamaşalara baxış keçiriləcək və nüfuzlu münsiflər heyəti tərəfindən I, II və III yerlərin sahibləri, habelə ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı baş rol ifaçısı, ən yaxşı qadın rolunun müəllifi seçilib qiymətləndiriləcək.

Festivala noyabrın 30-da yekun vurulacaq.
Xatırladaq ki, sabah sonuncu beş tamaşa təqdim ediləcək. Tamaşalarda baxmaq üçün giriş pulsuzdur.

Festivalın informasiya dəstəyi Lent.az və Guney.az xəbər saytları, Araz FM radiosudur.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1886

Oxşar yazılar

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

5 may 2025 , 16:51
Hollivud  batmaq üzrədir...

Hollivud batmaq üzrədir...

5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli   filmləri - SİYAHI

2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI

5 may 2025 , 13:43
Bir gecədə bitirəcəyiniz 5 mini serial  -VİDEO

Bir gecədə bitirəcəyiniz 5 mini serial -VİDEO

5 may 2025 , 12:10
"Avroviziya 2025"də   şərhçilərimiz kimlər olacaq?

"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?

5 may 2025 , 11:22
Ernest Heminqueyin nəvəsi kimdir?  - Evində ölü tapılan  model

Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model

4 may 2025 , 18:08
Roma imperiyası niyə dağıldı?  - Alimlər  AÇIQLADI

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI

3 may 2025 , 20:15
Azərbaycanda aktyor ağır xəstəlikdən  vəfat etdi

Azərbaycanda aktyor ağır xəstəlikdən vəfat etdi

3 may 2025 , 10:37