“Muğam Aləmi” Beynəlxalq Festivalının proqramı açıqlandı
17 mart 2009 15:00 (UTC +04:00)

“Muğam Aləmi” Beynəlxalq Festivalının proqramı açıqlandı

Bakıda “Muğam Aləmi” Beynəlxalq Festivalına start verib. Lent.az-a məlumatına görə, Beynəlxalq Festivalın Prezidenti Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, təşkilatçılar Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqıdır. Beynəlxalq tədbirə təşkilati dəstək Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən verilib. Festivalın bədii rəhbəri Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir.

17-25 mart tarixləri arasında Bakı şəhərində baş tutacaq festival çərçivəsində müxtəlif tədbirlər proqramı nəzərdə tutulub.

Martın 18-də Fəxri Xiyabanın və Şəhidlər Xiyabanına ziyarət, Milli Azərbaycan tarix muzeyində Beynəlxalq elmi simpoziumun açılışı və plenar iclaslar (14.00-17.00) nəzərdə tutulub. Saat 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası da nümayiş olunacaq.

Martın 19-da Milli Azərbaycan tarixi muzeyində Beynəlxalq Simpoziumun seksiyalar üzrə iclasları keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın və YUNESKO-nun baş direktoru K.Matsuuranın görüşü də nəzərdə tutulub. Günün sonuna yaxın Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.

Martın 20-də milli bayram ilə əlaqədar olaraq Novruz Bayramı mərasimi düzənlənəcək. Bayram günündə iki açılış olacaq. Bunlardan biri saat 14-də Müasir incəsənət muzeyinin açılışı, digəri isə Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Festivalının açılış mərasimi və konserti olacaq.

Martın 21-də Beynəlxalq Muğam Mərkəzi festival konsertinə start veriləcək. Konsertdə Mənsum İbrahimov “Rast” muğam dəstgahı, Sepideh Raissadat “Maraghi” ansamblı (İtaliya), Omar Sarmini “Al Kindi” ansamblı (Suriya), “Bayatı-Şiraz” muğam dəsgahı Mələkxanım Əyyubova (Azərbaycan) muğam dəsgahlarını ifa edəcək.

Digər konsert proqramı Caz Mərkəzində “Etno-caz musiqisi axşamı” adı altında baş tutacaq.

Martın 22-də Azərbaycan Dövlət Kukla Teatrı Beynəlxalq Muğam Müsabiqəsinin açılış mərasimi və püşkatma və Dövlət Muğam Teatr Azərbaycan muğamının dostları ilə görüş olacaq. Dövlət Muğam Teatrındakı görüşdə Jan Dürinq, Cefri Verbok, Jülyen Veys, Cəmil Əmirov, Eldar Mansurov, Tacikistan musiqiçiləri də iştirak edəcək.

Tədbirlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə davam edəcək. Tamaşada Səbuhi İbayev və Aygün Bayramova
rol alacaqlar. Həmin gün saat 18-də növbəti festival konserti keçiriləcək.

Martın 23-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Muğam Müsabiqəsi, Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xor Kapellasının konserti olacaq. Festival konserti Beynəlxalq Muğam Mərkəzində davam etdiriləcək. Saat 21-də Caz Mərkəzi Salman Qəmbərov və “Bakustik caz” qrupunun ifasında Etno-caz musiqisi olacaq.

Martın 23-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Muğam Müsabiqəsinin yekun nəticələri açıqlanacaq.

24 martda Opera və Balet Teatrında Zülfüqar Hacıbəyov “Aşıq Qərib” tamaşası nümayiş etdiriləcək. Saat 18-də Dənizkənarı Milli Parkda festival konserti keçiriləcək.

Konsert 25 martda saat 14-də həmin məkanda davam etdiriləcək.

Təbirlərin yekunu 25 martda Heydər Əliyev Sarayında baş tutacaq. Beynəlxalq Muğam Festivalı saat 18-də təntənəli bağlanış mərasimi ilə bitəcək.

Lalə Yusifqızı
# 1361

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26