Bakıda kişi şalvarı ütüləməyən  arvadını döydü - Belə cəzalandırıldı
22 oktyabr 2026 17:51 (UTC +04:00)

Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

0

Bakıda kişi arvadını döyüb.

Lent.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

34 yaşlı Səməd Qəhrəmanov (şərti adla) yaşadıqları evdə mübahisə zamanı əli ilə arvadı Gülnazın (şərti adla) üz və əl nahiyələrinə dəfələrlə vuraraq, xəsarətlər yetirib. Hadisəyə səbəb isə Gülnazın Səmədin şalvarını ütüləməməsi olub. Belə ki, Səməd arvadına şalvarını ütüləməyi desə də, qadın kobud şəkildə vaxtının olmadığını bildirib. Bundan sonra o, Gülnaza nalayiq ifadə işlədib. Qadın da nalayiq formada cavab qaytarandan sonra Səməd hiddətlənib və məlum cinayəti törədib.

Fakt əsasında Səməd Qəhrəmanov barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində arvadı ilə barışdığını və əməlindən peşman olduğunu bildirib. Qadın da həmçinin ərinə qarşı şikayətçi olmadığını deyib.

Məhkəmə S. Qəhrəmanovu 1500 manat məbləğində cərimə cəzasına məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar