Beynəlxalq Muğam Simpoziumunun açılışı oldu
0
0
Tədbirdə Beynəlxalq Muğam Festivalının Prezidenti Mehriban xanım Əliyeva da iştirak edib
Martın 18-də Milli Azərbaycan Tarix Muzeyində Beynəlxalq Muğam Festivalı çərçivəsində elmi simpoziumun açılışı olub və plenar iclas keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Festivalın Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da iştirak edib.
Simpoziumu giriş sözü ilə açan M.Əliyeva festivalın muğam adlı nadir incinin qorunması işinə təkan verəcəyini və mədəniyyətlərarası dialoqun inkişafına xidmət göstərəcəyini deyib: “Əminəm ki, muğama həsr olunan sanballı müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, parlaq çıxışlar, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirməklə, festival proqramını həm rəngarəng, həm də unudulmaz edəcək”.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da çıxış edib.
Simpoziumun ilk günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Söhrabov “Azərbaycan muğam dəstgahlarının kompozisiya quruluş xüsusiyyətlərinə dair” məruzə ilə çıxış edib.
Simpoziumda ənənəvi muğam musiqisi üzərində köklənən xarici musiqilər səslənib.
Lalə Yusifqızı

Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11