Muğam simpoziumunun iştirakçıları Fəxri Xiyabanı ziyarət ediblər
18 mart 2009 19:32 (UTC +04:00)

Muğam simpoziumunun iştirakçıları Fəxri Xiyabanı ziyarət ediblər

“Azərbaycanın həyata keçirdiyi layihəni yüksək qiymətləndiririk”

Martın 18-də “Muğam aləmi” Beynəlxalq Elmi simpoziumuna dəvət olunan Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçılar Bakıda Fəxri Xiyabanı ziyarət edib. Lent.az-ın xəbərinə görə, nümayəndə heyəti Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Qeyd edək ki, simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York Şəhər Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Koliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən “Akademiya Makoma”nın direktoru Abduvali Abduraşitov iştirak edəcəklər.

Fəxri Xiyabanı ziyarət edən qonaqlardan bəziləri jurnalistlərə açıqlama veriblər. Türkiyəli incəsənət xadimi Murad Çətinqaya festivalın keçirilməsini yüksək qiymətləndiririb: “Ümidvaram ki, buradan çox məmnun ayrılacağam. Bu tədbirlər Azərbaycan musiqisinin inkişafına zəmin yaradacaq.Türk musiqisi ilə Azərbaycan musiqisi arasında fərqlər də, oxşarlıqlar da var”.

Moskva Dövlət Konservatoriyasının professoru Violetta Yunusova 70-ci illərdən bəri muğamla elmi şəkildə məşğul olduğunu deyib: “Muğam mövzusunda dissertasiya yazmışam və doktorluq müdafiə etmişəm. Rusiyada əvvəllər muğama çox böyük maraq var idi. Lakin sonralar Uzaq Şərq ölkələri ilə əlaqələr genişləndikdən sonra şərq musiqisinə rusların marağı artmağa başladı”.

Çinli professor Məcid Yunis və Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen jurnalistlərə verdikləri açıqlamada Azərbaycanın həyata keçirdiyi layhəni yüksək qiymətləndiriblər.

Lalə Yusifqızı
# 1378

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26