Samir Piriyev “Sən türkülərini söylə” yarışmasından ayrıldı
29 mart 2009 16:00 (UTC +04:00)

Samir Piriyev “Sən türkülərini söylə” yarışmasından ayrıldı

Türkiyənin “TRT-1” kanalında yayımlanan “Sən türkülərini söylə” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samir Piriyev bu həftə müsabiqəni tərk edib.

APA-nın məlumatına görə, ötən gecə canlı yayımda Samir Piriyev münsiflər heyətinin səsverməsində birincilik əldə etsə də, tamaşaçı səsverməsinə görə sonuncu olub. Yeddinci həftədə Samir Piriyev mahnını yüksək səviyyədə ifa etsə də, səsvermə nəticəsində müsabiqədən kənarlaşmalı olub.

Həmyerlimizin müsabiqədə sonuncu olması isə münsiflər heyətinin və zalda əyləşən tamaşaçıların qəzəbinə səbəb olub. Samirin sonuncu yeri tutduğu elan olunan zaman zalda əyləşən bütün tamaşaçılar ayağa qalxıb etirazlarını bildirib. Münsiflər heyətinin üzvü, tanınmış müğənni Zərrin Özər isə etirazını daha kəskin nümayiş etdirib. Belə ki, o, nəticədən narazı olduğunu bütün xalqın qarşısında ayaq üstə bəyan edib: “Samirin sonuncu olması bu yarışmaya olan bütün inamımı itirdi. Demək bu yarışma da düzgün aparılmırmış. Mən belə bir yarışmada münsif heyəti olmaq istəmirəm. Bundan sonra da bu yarışmada olmayacağam. Samir Piriyev əsil sənət nümayiş etdirir, bunu duymamaq mümkün deyil. Biz verdiyimiz yüksək ballarla tamaşaçıları da ayıltmaq istədik, ancaq təəssüf ki, ayılmadılar. Bu yarışmanın birinciliynə Samir layiq idi”.

Zərrin Özər daha sonra narazılığını bildirərək mikrofonu sərt bir şəkildə yerə atıb.

“Sarı” otaqda qalan Samir Piriyev isə aparıcının “bu gün bu iki iştirakçıdan biri getməlidir” deməsinə, “elə indidən gedə bilərəm” deməklə, bu nəticədən xəbərdar olduğunu göstərib. Daha sonra Samir Piriyev səhnəyə çıxaraq, bu vaxta qədər ona səs göstərən tamaşaçılara təşəkkür etməyi də unutmayıb: “Bu günə kimi dəstəkləyən bütün tamaşaçıları minnətdarlıq edirəm. Bu yarışmadır və bunun nəticəsi səsvermədən asılıdır. Əsas odur ki, peşəkarlar mənə ən yüksək balı verdilər. Mən burada əsil sənət nümayiş etdirdim və buna görə də qəlbim çox rahatdır. Ancaq son olaraq bu səhnədə mən “Segah” oxumaq istəyirəm”.

S. Piriyevin sonda “Segah” muğamını oxuması tamaşaçıları və Zerin Özeri ağladıb. “MM Production”un rəhbəri Emin Mansurov APA-ya açıqlamasında deyib ki, Samir Piriyev bu gün Vətənə qayıdacaq.

Qeyd edək ki, dünən keçirilən proqrama qonaq qismində qatılan azərbaycanlı muğam ustası Bəyimxanım Mirzəyeva “Sən gəlməz oldun” mahnısını ifa edib. Bu mahnının Türkiyədə daha çox anonim oxunduğuna işarə vuran Bəyimxanım Mirzəyeva mahnının sözlərinin Mədinə Gülgünə, bəstəsinin isə Ələkbər Tağıyevə məxsus olduğunu xüsusi vurğulayıb.
# 2219

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26