Oqtay Kazımi: “Bayağı musiqilərin yayılmasında günahkar müğənnilərdir”
02 aprel 2009 17:00 (UTC +04:00)

Oqtay Kazımi: “Bayağı musiqilərin yayılmasında günahkar müğənnilərdir”

Bəstəkar Oqtay Kazımini son vaxtlar bayağı musiqilərin geniş yayılması narahat edir. Lent.az-ın məlumatına görə, bəstəkar narahatlığını jurnalistlərlə bölüşüb: “Son vaxtlar bayağı musiqilər geniş yer alıb. Bunun əsas günahkarı müğənnilərdir. Məşhur mahnıları, xalq mahnılarını oranjiman etdirib elə kökə salırlar ki, adam qulaq asmaq istəmir. O qədər əndrabadi ifalar nümayiş etdirirlər ki, adam bilmir bu mahnı hansı xalqa məxsusdur. Şəxsən mənim özümün də bir mahnımı – “Ayrılıq olmayaydı” mahnısını gənc müğənnilərdən biri bir neçə il bundan əvvəl yeni oranjimanda oxumuşdu. Mən o mahnının həzin mahnı kimi yazsam da, o, oranjiman etdirib ritmləşdirmişdi. İndi zəmanə bir qədər dəyişib, gənclər daha çox ritmik mahnılara üstünlük verir. Gördüm ki, bu mahnı da ritmik formada gənclər tərəfindən daha yaxşı qarşılanır. Ona görə də mən etiraz etmədim, baxmayaraq ki, bu, mənim xoşuma gəlmədi. Çünki gənclərə güzəşt etmək lazımdır. Onlar axtarışda ola-ola özlərini bu sənətdə tapmalıdılar. Gənclərin daim axtarışda olması onların inkişafı deməkdir. Həm də çox istedadlı gənclər yetişidir, onları ruhdan salmaq olmaz, əksinə hər birimiz dəstəkləməliyik”.

Bəstəkar yaradacılığında yenilik olmadığını deyib: “Yaradıcılığımda hələ ki, heç bir yenilik yoxdur. Tez-tez mahnı yazmağı sevmirəm, həm də razılaşmıram ki, bir-iki günün içində mahnı yazmaq olar. Düşünürəm ki, onda mahnının keyfiyyəti aşağı düşər. Mənim aləmimdə mahın 8-9 aya, bəlkə də bir ilə ərsəyə gəlir. Burada söhbət mövzu qıtlığından getmir, çünki mövzu çoxdur. Əsas mahnını peşəkar şəkildə təqdim etməkdir. Müğənnilərin əksəriyyəti bu gün nədənsə məhəbbət mövzularına müraciət etməyə üstünlük verirlər. Baxmayaraq ki, mənim yaradıcılığımda da hardasa məhəbbət mövzuları çox olub, lakin mən bu gün daha çox həyati mövzulara üstünlük verirəm”.

Lalə Yusifqızı
# 1589

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26