I Universitetlərarası Teatr festivalının açılışı oldu
0
0
Festival 2 gün davam edəcək
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) 3 saylı tədris binasında Azərbaycanda ilk dəfə olaraq I Universitetlərarası Teatr festivalının açılışı olub. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən ADU-nun Təlim–tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Teatr festivalının Azərbaycan ali məktəbləri arasında ilk dəfə Azərbaycan Dillər Universitetində keçirildiyini bildirib. O, bu yaxınlarda ADU-nun Teatr klubunun Türkiyədə çıxış etdiyini də xatırladıb.
Festivala Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr klublarının çıxışı ilə start verilib. İlk öncə ADMİU-nun “Performans” Teatr klubu “Adəmin oyunları” adlı tamaşanı, daha sonra “Poeziya” Teatr klubu “Eşq-i süqut” tamaşasını nümayiş etdiriblər.
“Biz Həvəskarıq” adlı layihənin koordinatoru ADU-nun Teatr klubunun rəhbəri Rasim Aşındır. Festival gənclərdə teatra maraq oyatmaq məqsədini daşıyır.
ADU-nun təşəbbüsü ilə düzənlənən I Universitetlərarası Teatr festivalında bu il 4 universitetin Teatr klubu təmsil olunur. Bunlar Azərbaycan Dillər Universitetinin Teatr klubu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Poeziya” və “Performans” teatr klubları, Bakı Slavyan Universitetinin “Tələbə” Teleradio Studiyası və Qafqaz Universitetinin Teatr klubudur.
Festival 2 gün davam edəcək.

Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11