Bəstəkar Azər Dadaşovun əsərlərinin ifası üzrə müsabiqə elan edilib
24 iyun 2009 10:30 (UTC +04:00)

Bəstəkar Azər Dadaşovun əsərlərinin ifası üzrə müsabiqə elan edilib

Qaliblərə pul mükafatı veriləcək

Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə 2009-cu ilin Uşaq ili elan edilməsi və Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqə elan edib. Bu barədə Lent.az-a məlumat Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilib.

Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yeniləşməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə, yaşı 1991-ci il təvəllüdündən böyük olmayan ifaçılar arasında keçiriləcək müsabiqə 3 mərhələdən ibarət olacaq. Müsabiqənin münsiflər heyəti Bəstəkar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək. Müsabiqənin I yer qalibi 700 manat və I dərəcəli Diplom, II yer – 600 manat və II dərəcəli Diplom, III yer – 500 manat və III dərəcəli Diplom və 2 Həvəsləndirici mükafat - hər biri 400 manatla mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin nəticələri üzrə xüsusi disk buraxılacaq. Diskə müsabiqə qaliblərinin, habelə II mərhələdə fərqlənən iştirakçıların ifasında Azər Dadaşovun fortepiano pyesləri yazılacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21