Xanəndə Nuriyyə Hüseynova üsyan etdi
04 avqust 2009 15:00 (UTC +04:00)

Xanəndə Nuriyyə Hüseynova üsyan etdi

“Bu, biabırçılıqdı...”

Xanəndə Nuriyyə Hüseynova xoşagəlməz hadisə ilə rastlaşıb. Muğam ifaçısı Lent.az-la əlaqə saxlayaraq, dərdini bölüşüb: “Bəzi mətbuat işçiləri var ki, öz mənafeləri naminə hər variantdan istifadə edirlər. Bu yaxşı hal deyil.

Bu yaxınlarda çox qəribə bir şəkildə qeyri-peşəkarlığın qurbanı olmuşam. Bilirsiniz ki, “Cavad xan” filmində baş rola çəkilmişəm. Cavad xanın həyat yoldaşı Şükufə xanımın obrazını yaratmışam. Qəzetlərdən birinin müxbiri olan bir xanım mənimlə filmlə bağlı məlumat yazmaq üçün görüşmək istədiyini bildirdi. Düzünü desəm, mən müsahibəyə meyilli insan deyiləm. Fimlə bağlı görüşmək istədiyini dediyi üçün razılaşdım”.

Əməkdar artist müsahibədən şok effekt aldığını etiraf edib: “Xanım mənə sual verdi ki, muğamda da parçalanmalar, məktəblər var - Qarabağ məktəbi, Şirvan məktəbi və s. Mən də cavab verdim ki, “ola bilər ki, hər hansı bir müğənni müğamı öz zonasına uyğun bir avazla ifa etsin. Nəticədə biz hamımız eyni şey oxuyuruq. Muğam bir muğamdır. Yox, əgər kimsə muğamı zonalara parçalayırsa, bunun qəti əleyhinəyəm”.

İndi görün, bu xanım mənim adımdan yazıb ki, Nuriyyə Əhmədova deyir ki, muğam parçalanıb”.

Nuriyyə Əhmədova məqalədə öz şəkli yerinə digər sənət adamının şəklinin qoyulduğunu da xatırladıb: “Bu mənə çox pis təsir etdi, baxmayaraq ki, yazıda səhv gedib, üstəlik milli geyimdə olan şəkillərimi təqdim etmişəm. Götürüb mənim yerimə başqa bir adamın şəklini veriblər. Hətta Mədəniyyət və Turizm nazirliyindən də mənə zəng vurublar ki, Nuriyyə xanım, müsahibədə sizin adınızdı, lakin şəkil başqa şəkildir. Bu, biabrçılıqdır...”.

Lalə Üusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1888

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28